"Ayaks" - "Mançester Yunayted" oyunu canlı yayımlanacaq

"Ayaks" - "Mançester Yunayted" oyunu canlı yayımlanacaq
Futbol
23 May 2017 - 10:57
Supersport.Az-ın məlumatına görə, UEFA Avropa Liqasının qalibi müəyyənləşəcək.

Sabah İsveçin paytaxtı Stokholmun "Friends Arena" stadionunda "Ayaks" "Mançester Yunayted"lə qarşılaşacaq.

Bakı vaxtıilə saat 22:45-də başlanacaq oyun "İdman Azərbaycan", TRT1 kanalında canlı təqdim olunacaq.

Qeyd edək ki, Avroliaqanın yarımfinalında "Mançester Yunayted" İspaniya "Selta Viqo"sunu, "Ayaks" isə "Olimpik"i yarışdan kənarlaşdırmışdı.

Digər xəbərlər