Qurbanov, Əhmədov, Rəhmanov "Pro" üçün çalışır

Qurbanov, Əhmədov, Rəhmanov "Pro" üçün çalışır
Futbol
22 May 2017 - 16:23
Bu gün AFFA-nın Futbol akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun ikinci modulu başlayıb.

Məşğələlər UEFA-nın təlimatçısı Werner Micklerin rəhbərliyi ilə keçirilir. Almaniyalı mütəxəssisə Aslan Kərimov və Osman Rəhimov kömək edir.

Kursa məşqçilərdən Elşad Əhmədov, Mahmud Qurbanov, Elçin Rəhmanov, Samir Abbasov və başqaları qatılıblar.

 

Digər xəbərlər