Futbol millimiz İslamiadanın çempionu oldu

Futbol millimiz İslamiadanın çempionu oldu
Futbol, İslamiada-2017
21 May 2017 - 23:00
Supersport.Az-ın xəbərinə görə, IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışının qalibi məlum olub.

23 yaşadək futbolçulardan ibarət milli komandamız final matçına çıxıb.

Yaşar Vahabzadənin rəhbərlik etdiyi yığmamız həlledici oyunda Omanla qarşılaşıb. Çətin keçən oyunda millimiz qalib gəlib: 2-1.

Qrupda keçirdiyi oyunlarda iki heç-heçə və bir qələbə ilə yarımfinala yüksələn komandamız bu mərhələdə Əlcəzairdən üstün olub.

Bürünc medal uğrunda isə Kamerun Əlcəzairə məğlub olub.

21 may

IV İslam Həmrəyliyi Oyunları


Final

21:00. Azərbaycan – Oman 2-1

Qollar: Mahir Mədətov 17, 27 – Əl Yahya 56

Bürünc medallar uğrunda oyun

14:00. Əlcəzair – Kamerun 2-0

Digər xəbərlər