"İslamiadada atmosfer Yay Olimpiya Oyunlarında olduğu kimidir" - Patimat Abakarova - Video

"İslamiadada atmosfer Yay Olimpiya Oyunlarında olduğu kimidir" - Patimat Abakarova - Video
İslamiada-2017, Digər, Taekvondo, Video
17 May 2017 - 20:11
"Döyüşlər çətin deyildi, amma rəqiblər yaxşı idi".

Supersport.Az xəbər verir ki, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan ilk taekvondoçu Patimat Abakarova deyib.

49 kq çəki dərəcəsində mübarizə aparan xanım idmançı bildirib ki, final görüşündə bir qədər yorğun olsa da, qalib gəlməyə çətinlik çəkməyib.

O, qələbəni ailəsinə həsr etdiyini söyləyib:

"Yarışa yaxşı hazırlaşdım və ciddi yanaşdım. İslamiadada atmosfer Yay Olimpiya Oyunlarında olduğu kimidir. Azarkeşlər qızıl medal gözləyirdi. Buna nail olduğum üçün sevinirəm. Qələbəmi ailəmə, məşqçilərimə həsr edirəm. Federasiyamıza minnətdarlığımı çatdırırıam".


 

Digər xəbərlər