Taekvondo yığmamızdan 5-ci qızıl medal

Taekvondo yığmamızdan 5-ci qızıl medal
İslamiada-2017, Digər, Taekvondo
17 May 2017 - 22:28


Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən taekvondoçu Radik İsayev qızıl medal qazanıb.

Supersport.Az-ın məlumatına görə, 87 kq çəki dərəcəsində çıxış edən olimpiya çempionumuz həlledici görüşdə  Dmitri Şokini (Özbəkistan) məğlub edib. Görüşün əsas vaxtında hesab bərabər olub - 8:8. Qızıl raunda isə R.İsayev ilk dəqiq zərbəni endirib.

Beləliklə, Azərbaycan taekvondoçuları günü 4 qızıl, 1 gümüş medalla başa vurublar.

Qeyd edək ki, ölkəmiz dünən taekvando yarışlarında 1 qızıl, 1 gümüş medal qazanmışdı.

Digər xəbərlər