Azad Rəhimov: "Rioda İslam dünyasında 1-ci olduq, İslamiadada da buna inanıram" - Video

Azad Rəhimov: "Rioda İslam dünyasında 1-ci olduq, İslamiadada da buna inanıram" - Video
İslamiada-2017, Video
17 May 2017 - 13:11
Supersport.Az bu İslam Həmrəyliyi Oyunlarında növbəti hesab mətbuat konfransı keçirən gənclər və idman naziri Azad Rəhimovun fikirlərini videogörüntüyə alıb.

Şəhriyar adına sarayda (media mərkəzdə) təşkil olunan tədbirdə nazir bildirib ki, 26 ölkənin medal qazanması, yarışa marağın çox, gərginlik və rəqabətin yüksək olduğunu göstərir.

A.Rəhimov saytımızın "İslamiadada əsas rəqabət Azərbaycan və Türkiyə arasında gedir. Sizcə, ölkəmiz medallara görə komanda hesabında birinci ola biləcəkmi" sualını belə cavablandırıb:

"Ölkəmiz hələlik 41 qızıl, 24 gümüş, 16 bürünc medal qazanıb və bu baxımdan komanda hesabında 2-ci pillədəyik. Bu gün də medallar qazanıla bilər. 7 boksçu yarımfinaldadır, voleybol, taekvondo, güləş və atletikada yenə fərqlənə bilərik, su polusunda 3-cü yer uğrunda görüşə çıxacağıq. Hesab edirəm ki, şanslarımız yüksəkdir. Rio-2016-da İslam ölkələri arasında birinci olduq. İnanıram ki, doğma divarlarda keçirilən İslamiadada da qalib olacağıq".

Türkiyə 115 medalla birinci, Azərbaycan 81 medalla ikincidir.

Nazir Yay Olimpiya Oyunlarının təşkiliylə qərarın ölkə rəhbəri, MOK prezidenti İlham Əliyevin səlahiyyətində olduğunu bildirib.


 

Digər xəbərlər