Tüfənglə atəş açma yarışında İran idmançısı qalib gəlib

Tüfənglə atəş açma yarışında İran idmançısı qalib gəlib
İslamiada-2017, Digər
16 May 2017 - 15:05
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında 50 metr məsafədən üç vəziyyətdə tüfənglə atəş açma yarışının qalibi İran idmançısı olub.

Supersport.Az xəbər verir ki, iranlı Pourya Norouziyan 454.6 xalla bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.

İkinci yerə iranlı Xosseyin Bağeri, üçüncü yerə isə Oman idmançısı Həmid Səid Əlxətiri çıxıblar.

Digər xəbərlər