Qadınlarda cüdo yığmamız ikinci oldu

Qadınlarda cüdo yığmamız ikinci oldu
İslamiada-2017, Cüdo
15 May 2017 - 16:58
Supersport.Az-ın məlumatına görə, IV İslam Həmrəyliyi Oyunlarında cüdo üzrə komanda yarışlarında qadınlardan ibarət Azərbaycan millisi gümüş medalla kifayətlənib.

Yarışda Azərbaycan seçmə komandası finalda Türkiyə millisinə məğlub olaraq (0:5) İslamiadanı ikinci pillədə başa vurub.

Qadın cüdoçular arasında komanda yarışında bürünc medallara Özbəkistan komandası yiyələnib.

Komandamızın heyətində Purevseren Buyanxişiq (52 kq), İçinxorlu Munxtsedev (57 kq), Xanım Hüseynova (63 kq), Gülsədəf Kərimova (70 kq), İrina Kindzerska (+70 kq) yer alıblar.

Digər xəbərlər