Azərbaycan atıcısının ikinci çempionluğu

Azərbaycan atıcısının ikinci çempionluğu
Maqazin, İslamiada-2017, Digər
14 May 2017 - 22:11
Supersport.Az-ın məlumatına görə, Azərbaycan idmançısı Ruslan Lunyov İslam Həmrəyliyi Oyunlarında 2-ci qızıl medalını qazanıb.

Güllə atıcısı bu dəfə 25 metr məsafədəki hədəfə tapança ilə sürətli atəşaçma yarışında 21 xal toplayaraq, birinci olub.

Türkiyə idmançısı Murad Kılıç 20 xalla ikinci, Oman atıcısı Səid Əl Haşimi 18 xalla üçuncu yeri tutub.

Qeyd edək ki, Azərbaycana İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı da Ruslan Lunyov qazandırıb. O, 25 metr məsafədən tapança ilə atəşaçma yarışında qalib olub.

Digər xəbərlər