Zabit Səmədovun 76-cı qələbəsi, 36-cı nokautu - Video

Zabit Səmədovun 76-cı qələbəsi, 36-cı nokautu - Video
Kikboks, Digər
14 May 2017 - 10:49
Supersport.Az-ın məlumatına görə, Azərbaycan kikboksçusu, dünya çempionu Zabit Səmədov İstanbulun Gebze qəsəbəsində K-1 bayrağı altında keçirilən superturnirdə növbəti qələbəsini qazanıb.

Zabit may ayının 13-də baş tutan və Türkiyənin TV8,5 kanalı vasitəsi ilə canlı yayımlanan döyüşdə belçikalı rəqibi Fred (Muhammed Malik) Sinistranı ikinci raundda qalib gəlib. Sinistra ikinci raundda Zabitin ayaqla ardıcıl iki zərbəsindən sonra zədə alaraq, qarşılaşmanı davam etdirə bilməyib.


Beləliklə, Zabit Səmədov peşəkar karyerasında 76-cı qələbəsini, 36-cı nokautunu reallaşdırıb.

Qarşılaşmanı Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Gebze idman zalında canlı olaraq izləyib və qalib idmançımızı təbrik edib.


Digər xəbərlər