Rəşad Sadiqov: "Meydanı sulamaq lazımdır" - Video

Rəşad Sadiqov: "Meydanı sulamaq lazımdır" - Video
Futbol, Eksklüziv, Video
13 May 2017 - 11:35
Supersport.Az İslamiadanın ikinci turunda Səudiyyə Ərəbistanını iki qolla məğlub edən Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadiqovun fikirlərini videogörüntüyə alıb.

Təcrübəli yarımmüdafiəçi, "Bayıl Arena" rəhbərliyini meydanı oyunqabağı lazımınca sulamamaqda günahlandırıb.

"Keçən məşqdə də, oyunda da demişdik ki, meydanı sulamaq lazımdır, kənarlarını yox. Orta isə qupquru qalır. Ötürmə verirsən, top gedib ünvana çatmır, çox yavaş gedir. Onsuz da stadion süni örtüklüdür, top getmir. Meydan quru olduqda isə həddən artıq ağır olur. Deyirik, xeyri yoxdur. Belə ağır meydanı sulamaq lazımdır. Onsuz da top küləyə görə irəli getmir. Oyunları belə meydana salıblarsa, futbolçulara kömək etmək lazımdır ki, oynamağımız rahatlaşsın".

Futbolçu, mükafat haqda düşünmədiklərini bildirib.


 

 

 

Digər xəbərlər