"Çelsi"dən 6-cı çempionluq

"Çelsi"dən 6-cı çempionluq
Futbol
13 May 2017 - 10:13
Supersport.Az-ın məlumatına görə, Premyer Liqanın başa çatmasına iki tur qalmış çempion məlum olub.

"Vest Bromviç"i səfərdə bir qolla məğlub edən "Çelsi" bu titulu qazanıb.

Bir oyunu az olan çempion komanda xalını 87-yə yüksəldib.

Üç matçı qalan, ən yaxın izləyicisi "Tottenhem"lə xal fərqini 10-a çıxararaq "Çelsi" tarixinin 6-cı çempionluğunu qazanıb (1954-1955, 2004-2005, 2005-2006, 2009-2010, 2014-2015-ci illlər).

Qeyd edək ki, qalib komandanın italiyalı məşqçisi Antonio Konte, məşqçi karyerasında 5-ci dəfə çempion olub. "Bari"ni 2008-2009-cu il mövsümündə İtaliya birinci liqasına çıxaran mütəxəssis, "Yuventus"a üç dəfə (2012, 2013, 2014-cü illər) çempionluq qazandırıb.

Digər xəbərlər