Supersport.Az-ın məlumatına görə, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına son zərbə üç ölkənin bu yarışdan imtina etməsindən sonra dəyib.
Liviya, Küveyt və Sudan belə addım atdığından iştirakçı ölkələrin sayı 57-dən 54-ə enib.
Gənclər və idman naziri Azad Rəhimov bu ölkələrin oyunlardan imtina etməsini təəsüflə qeyed edib:
“Biz bütün ölkələrin atletlərinin lazımi səviyyədə yerləşdirilməsi üçün müvafiq tədbirlər görmüşük. Biz üç ölkənin oyunlardan geri çəkilməsinə görə məyusuq, lakin onların qərarlarına hörmət edirik.
Biz çox həyəcanlıyıq. Bakı hazırdır”.