Heydər Əliyevin nəvəsi: "Futbol yığmamız qrup səddini keçə bilər" - Video

Heydər Əliyevin nəvəsi: "Futbol yığmamız qrup səddini keçə bilər" - Video
İslamiada-2017, Eksklüziv, Video
09 May 2017 - 21:10
Supersport.Az İslamiada haqda açıqlama verən mərhum prezident Heydər Əliyevin nəvəsi Azər Əliyevin fikirlərini videogörüntüyə alıb.

İdmana marağı ilə seçilən Milli Olimpiya Komitəsinin baş katibinin müavini və Azərbaycan Ağır Atletika Federasiyasının vitse-pezidenti, Azərbaycan - Kamerun oyununu canlı izlədikdən sonra ilk olaraq qarşılaşmanı dəyərləndirib:

"Millimiz çətin qrupa düşüb və komandamız ilk görüşdə əzmkar mübarizə apardı, oyununu çox bəyəndim. Fikrimcə, futbol yığmamız qrup səddini keçə bilər".

A.Əliyev futbolla yanaşı, digər idman növlərini də diqqət mərkəzində saxladığını bildirib:

"Mən futbolla yanaşı, güləş, cüdo, taekvondo, karate və başqa idman növlərinə də böyük maraq göstərrirəm. İslamiadada yarışları daha çox izləməyə çalışacağam".

AAAF rəsmisi, İslamiadada digər idmançılarla yanaşı, ağırlıqqaldıranlardan da uğur gözlədiyini vurğulayıb:

"Ümid edirəm ki, ağırlıqqaldıranlarımız IV İslam Həmrəyliyi Oyunlarında yaxşı çıxış edəcəklər. Amma bu yarışda ciddi rəqabət olacaq. Türkiyə, Qazaxıstan, Özbəkistan və İran atletləri güclüdürlər. Fikrimcə, biz ilk "3-lüy"ə daxil ola biləcəyik".

Qeyd edək ki, Azər Əliyev Azərbaycan prezidenti İlham Əliyevin bacısı Sevil Əliyevanın oğludur.


 

Digər xəbərlər