Qadın güləşçilərimiz Avropa ikincisi oldu

Digər, Güləş
05 May 2017 - 22:41
Supersport.Az xəbər verir ki, Azərbaycanın qadın güləşi üzrə milli komandası Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatında ümumi komanda hesabında ikinci yeri tutub.
Avropa çempionatında qadın güləşçilərin yarışları başa çatıb. Yığmamız 1 qızıl (Mariya Stadnik 48 kq)) və 2 bürünc (Alyona Kolesnik (55 kq) və Tatyana Omelçenko (60 kq)) medal qazanaraq komanda hesabında 45 xalla Avropa ikincisi olub. Rusiya 55 xalla birinci, Belarus isə 43 xalla üçüncü yeri tutub.
