Taekvondoçularımızın İslamiadada çıxış edəcək heyəti bəlli oldu

Taekvondoçularımızın İslamiadada çıxış edəcək heyəti bəlli oldu
Digər, Taekvondo
03 May 2017 - 19:03
Supersport.Az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək milli komandanın heyətini açıqlayıb.

N.Paşayev komandanın bu Oyunlarda 12 idmançı ilə təmsil olunacağını bildirib: “Komandamız bu yarışlarda 8 kişi və 4 qadın taekvondoçu ilə təmsil olunacaq. Kişilər arasında Qaşım Maqomedov (-54 kq), Fizam Mehtiyev (-58 kq), Məhəmməd Məmmədov (-63 kq), Ayxan Tağızadə (-68 kq), Səid Quliyev (-74 kq), Milad Beigi Hərçəqani (-80 kq), Ramin Əzizov (-87 kq) və Radik İsaev (+87 kq) birincilik uğrunda mübarizə aparacaq. Qadınların mübarizəsində isə ölkəmizi Patimat Abakarova (-49 kq), Yaprak Eriş (-57 kq), Darya Şkurko (-62 kq) və Fəridə Əzizova (-67 kq) təmsil edəcəklər”.
Qeyd edək ki, taekvondo yarışları 16-18 may tarixlərində Bakı İdman Zalında təşkil olunacaq.

Digər xəbərlər