Hacı Əliyev: "Azərbaycanın əsas rəqibi İrandır"

Hacı Əliyev: "Azərbaycanın əsas rəqibi İrandır"
İslamiada-2017, Digər, Güləş
04 May 2017 - 11:39
Supersport.Az-a açıqlamasında sərbəst güləş yığmamızın aparıcı üzvlərindən olan ikiqat dünya çempionu və Rio Olimpiadasının bürünc medalçısı Hacı Əliyev iddialı danışıb.

Təcrübəli pəhləvan bildirib ki, İslamiadada yalnız qızıl medal qazanmaq uğrunda mübarizə aparacaq:

"İslamiadada məqsədim qalib olmaqdır. İran idmançılarının yığmamızın əsas rəqibi olduğunu hesab edirəm. Yarışa yüksək səviyyədə hazırlaşırıq".

Məlumat üçün bildirək ki, milli komanda üç gündür ki, təlim-məşq toplanışı keçirir və mayın 18-dən sərbəst güləşçilərin çəki mərasimi olacaq.

Bir gün sonra millimizin üzvləri yarışlarda çıxış edəcəklər.

Digər xəbərlər