Yeniyetmə qızlar İzmirdən 5 medalla qayıdır

Yeniyetmə qızlar İzmirdən 5 medalla qayıdır
Digər, Güləş
01 May 2017 - 19:59
Supersport.Az xəbər verir ki, Türkiyə Respublikasının İzmir şəhərində Mahmut Atalay və Yaşar Erkanın xatirəsinə yeniyetmə güləşçilər arasında 20-ci beynəlxalq turnir keçirilib.

Turnirdə yeniyetmə qızlardan ibarət yığma komandamızın üzvləri iştirak edib. Güləşçilərimiz turniri 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. 

Bütün rəqiblərindən üstün olan Şahanə Nəzərova (38 kq) və Ayşən Yusifova (40 kq) turnirin qızıl medalını qazanıb. 49 kq-da mübarizə aparan Sevinc Əhədova gümüş medala yiyələnib. Bürünc medalları isə yığmamıza Yasəmən Məcidli (43 kq) və Jalə Əliyeva (56 kq) qazandırıb.

Məlumat üçün bildirək ki, böyük məşqçi Nazim Əlicanov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında yığma komandanın 10 üzvü aprelin 21-dən Bursa şəhərində bu ölkənin yığması ilə birgə təlim-məşq toplanışında iştirak edib.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zaur Şərifov təmsil edib.

Digər xəbərlər