"Qarabağ"dan transfer hücumu

"Qarabağ"dan transfer hücumu
Futbol, Eksklüziv
29 Aprel 2017 - 01:14
Supersport.Az-ın əldə etdiyi məlumata görə, beşqat ölkə çempionu "Qarabağ" transfer fəaliyyətinə start verib.

Çempionlar Liqasında qrupa düşmək istəyən Azərbaycan təmsilçisi, heyətinə 4-5 səviyyəli futbolçu cəlb etmək niyyətindədir.

"Qarabağ"ın planına İspaniya və Portuqaliyadan da futbolçu almaq daxildir. Hazırda ölkə çempionumuzun heyətində olan iki ispan oyunçu - Dani Kintana ilə Migel Markos Madera özlərini yaxşı tərəfdən göstəriblər. Kintana xeyli müddətdir ciddi xəarət aldığından zədəsini müalicə etdirir.

Digər xəbərlər