"Qarabağ"ın gələcəyi çempion oldu

"Qarabağ"ın gələcəyi çempion oldu
Futbol
28 Aprel 2017 - 17:53
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışı başa çatıb.
Mövsümün son - XXVIII turunda "Qarabağ" səfərdə "Neftçi"nin qonağı olub. İlk hissəni 0:1 hesabıyla məğlub tamamlayan Ağdam klubu ikinci hissədə əzmkarlıq göstərərək Salman Cəfərov və Elşən Abdullayevin qollarıyla 2:1 hesablı qələbə qazanıb.

"Qarabağ"ın əvəzedici heyəti bu qələbəylə xallarının sayını 56-ya yüksəldərək 2016/17-ci illər mövsümünün çempionu olub. "Qəbələ" 55 xalla ikinci, "Neftçi" 48 xalla üçüncü yeri tutub.

Digər xəbərlər