"Qarabağ" kuboka qovuşdu

"Qarabağ" kuboka qovuşdu
Futbol
23 Aprel 2017 - 19:00

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura start verilib.


Matçların üçü də eyni vaxtda - 17:00-da başlayıb.

Artıq çempionluğunu rəsmiləşdirən "Qarabağ" öz meydanında "Sumqayıt"ı sınağa çəkib. Ağdam klubu qalib gəlib.

Oyundan sonra "Qarabağ"a qızıl medallar təqdim olunub.

"Zirə" "Neftçi"ni qəbul edib. Bu qarşılaşma dördüncü yer uğrunda mühüm əhəmiyyət kəsb edirdi. Meydan sahibləri qələbə qazanacağı təqdirdə, Avroliqaya yollanmaq şansını xeyli artıracaqdı. "Zirə" istəyinə çatmayıb.

4-cü yer uğrunda mübarizə aparan "Kəpəz" isə AZAL-ın qonağı olub. Sonuncu olan paytaxt klubundan fərqli olaraq, gəncəlilər üçün qələbə çox vacib idi. "Kəpəz" meydanı qalib tərk edib.

27-ci tur

23 aprel

17:00. "Qarabağ" - "Sumqayıt" 2-1 

Qollar: Muarem Muarem 12, Elşən Abdullayev 82 - Amil Yunanov 83.

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Orxan Məmmədov
"Azersun Arena"

17:00. AZAL - "Kəpəz" 1-2 

Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Elşən Acalov, İnqilab Məmmədov
"AZAL Arena"

17:00. "Zirə" - "Neftçi" 2-2

Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elman Musayev, Ramil Diniyev
Zirə Olimpiya İdman Kompleksinin stadionu

 

 

 

Digər xəbərlər