"Beşiktaş"ın yarımfinal arzusu baş tutmadı

"Beşiktaş"ın yarımfinal arzusu baş tutmadı
Futbol
21 Aprel 2017 - 01:55


Bu gün Avropa Liqasının 1/4 final mərhələsinə yekun vurulub.

Supersport.Az-ın xəbərinə görə, keçiriləcək 4 oyunla yarımfinalçılar məlum olub.

Azərbaycanlı futbolsevərlər üçün böyük maraq kəsb edən oyun İstanbulda keçirilib. "Beşiktaş" doğma meydanda "Lion"u qəbul edib. Fransada keçirilən ilk görüşdə 1:2 hesabı ilə uduzan "qara qartallar"a növbəti mərhələyə keçmək üçün minimal hesablı qələbə də kifayət edirdi. Cavab oyununun əsas və əlavə vaxtı 2:1 hesabıyla bitdiyindən penaltilər seriyasından istifadə olunub.

Avropa Liqası

1/4 final, cavab oyunları

20 aprel (cümə axşamı)

23:05. "Beşiktaş" (Türkiyə) – "Lion" (Fransa) 2-1 (6-7 pen.)


Qollar: Anderson Talişka 27, 59 - Aleksandre Lakazette 34

İlk oyun – 1:2

23:05. "Şalke" (Almaniya) - "Ayaks" (Niderland) 2-0 (3-2 əlavə vaxt)


İlk oyun – 0:2

23:05. "Genk" (Belçika) – "Selta" (İspaniya) 1-1


İlk oyun – 2:3

23:05. "Mançester Yunayted" (İngiltərə) – "Anderlext" (Belçika) 1-1 (3-2 əlavə vaxt)


İlk oyun – 1:1

Digər xəbərlər