Millimiz 2 pillə irəlilədi

Millimiz 2 pillə irəlilədi
Futbol
06 Aprel 2017 - 16:19
FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.

Supersport.Az-ın məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 2 pillə irəliləyib və 89-cu sıradan 87-ci pilləyə yüksəlib. Milli komanda buna martın 9-da yoldaşlıq oyununda Qətəri məğlub edərək (2:1), 26-da isə 2018-ci il dünya çempionatının seçmə qrup matçında Almaniyaya uduzaraq, (1:4) xal hesabını 380-dən 386-ya yüksəltməklə nail olub.
2018-ci il Dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərə gəlincə, Almaniya 1464 xalla 3-cü yerdə qalıb. Şimali İrlandiya xalını 823-ə çatdıraraq 9 pillə irəliləyərək 26-cı olub. Çexiya 679 xalla 4 pillə geriləyərək 42-ci sıraya düşüb. San Marino da 12 xalla 1 pillə geriləyərək, 203-ci yerdə qərarlaşıb. Norveç (387 xal) isə 5 pillə geriləyib. Skandinaviya təmsilçisi 86-cı yerdədir.
Braziliya 1661 xalla 1-ci pilləyə yüksəlib. Argentina 1603 xalla 2-cidir.

Qeyd edək ki, növbəti reytinq siyahısı mayın 4-də açıqlanacaq.

Digər xəbərlər