Türkiyənin idman naziri: "Azərbaycanla qardaşcasına rəqabət aparacağıq" - Video

Türkiyənin idman naziri: "Azərbaycanla qardaşcasına rəqabət aparacağıq" - Video
İslamiada-2017, Eksklüziv, Video
06 Aprel 2017 - 15:58
Supersport.Az Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında geniş nümayəndə heyəti ilə təmsil olunacaq Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıçın fikirlərini videogörüntüyə alıb.

Nazir, son illər Türkiyədə idmanın yüksək səviyyədə inkişaf etdiyini və Azərbaycanla dostcasına rəqabət aparacaqlarını bildirib:

"İdmanımızdakı problemlər 2012-ci ildən başlayaraq daha çox aradan qaldırılır. Bu sahədə eniş və yoxuşlar olur. Sevindiricidir ki, hazırda biz inkişafdayıq və növbəti İslam Oyunları İstanbulda keçiriləcək. 2020-ci il Tokio Olimpiadasında daha yüksək nəticə göstərə bilərik. Türkiyə Azərbaycanla qardaşcasına rəqabətdə olacaq. Növbəti olimpiadada nəinki İslam ölkələri arasında, hətta dünyada yüksək yerlər uğrunda mübarizə aparacağıq".

Digər xəbərlər