İslamiadaya mediadan böyük maraq

İslamiadaya mediadan böyük maraq
Futbol
06 Aprel 2017 - 14:03
Supersport.Az-ın xəbərinə görə, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Bakıda keçirilən 25-ci İcraedici Kollegiya iclası ilə bağlı təşkil olunmuş mətbuat konfransında gənclər və idman naziri, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov məlumat verib.

Nazir, toplantıda mühüm məsələlərin müzakirə olunduğunu, növbəti İslam Həmrəyliyi Oyunlarının 2021-ci ildə Türkyənin İstanbul şəhərində keçiriləcəyinin elan olunduğunu deyib:

"Qardaş ölkəyə uğurlar arzulayıram. Əminəm ki, İstanbulda Oyunlar yüksək səviyyədə təşkil olunacaq".

İslamiadaya hazırlığın işlərin yüksək səviyyədə davam etdiyini bildirən cənab Rəhimov, medianın oyunlara böyük marağını nəzərə alaraq akkreditasiya müraciəti üçün müddətin uzadıldığını qeyd edib:

"İndiyədək 32 ölkənin media təşkilatları akkreditasiya üçün müraciət ediblər. 100-dən artıq xarici, 500-dən artıq yerli jurnalistlər qeydiyyatdan keçiblər".

Digər xəbərlər