Qara Qarayev: "Lokomotiv"də oynamaq istəyirəm"

Qara Qarayev: "Lokomotiv"də oynamaq istəyirəm"
Futbol
06 Aprel 2017 - 02:39
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın futbolçusu Qara Qarayev Moskva "Lokomotiv"indən təklif gəldiyini bildirib.

"Yayda "Qarabağ"la müqaviləm başa çatır. İndi təkliflər var. Çox istəyirəm ki, özümü ölkə xaricində sınayım. "Lokomotiv" məni öz sıralarında görmək istəyir. Baş məşqçi Yuri Syominin bu niyyətdə olması, məsələni ciddiləşdirir. Özüm də bunda maraqlıyam. Şans düşübsə, bundan yararlanmalıyam. Amma ilk sözü təbii ki, "Qarabağ" klubu deyəcək" - deyə, müdafiəçi qeyd edib.

Digər xəbərlər