Almaniya yığması Bakıya gəlir

Almaniya yığması Bakıya gəlir
Futbol
24 Mart 2017 - 21:00
DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olacaq Almaniya yığması ölkəmizə yola düşüb.

Supersport.Az xəbər verir ki, Bundestim Bakı vaxtı ilə saat  17:35-də çarter reysi ilə Düsseldorf şəhərindən ölkəmizə səfərə çıxıb. Yoahim Lövün komandası gecə saatlarında Bakıya eniş edəcək.

Millimizin rəqibi Bakıda yerləşən "Boulevard Hotel"ində məskunlaşacaq. Almanlar ertəsi gün matçın keçiriləcəyi stadionda oyunöncəsi məşqə çıxacaqlar. Komanda matç başa çatdıqdan sonra ölkəmizi tərk edəcək.

Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək C qrupunun Azərbaycan - Almaniya oyunu saat 20:00-da başlayacaq. Almaniya 12 xalla qrup lideridir. Azərbaycan millisi isə 7 xalla üçüncüdür.

Digər xəbərlər