UEFA transfer qaydalarında dəyişiklik edəcək

UEFA transfer qaydalarında dəyişiklik edəcək
Futbol
24 Mart 2017 - 16:37
Supersport.Az-ın məlumatına görə, UEFA transfer qaydalarında dəyişiklik etməyə hazırlaşır.

Bu haqda qurumun prezidenti Aleksander Ceferin məlumat verib.

"İstedadlı futbolçuların bir komandada toplaşmasının qarşısı alınmalıdır. Böyük və kiçik büdcəli klublar arasında fərq olmamalıdır. Bununla bağlı heyətdə məhdudiyyət, transfer qaydalarında dəyişiklik və yüksək vergi tətbiq olunması məsələsinə yenidən baxmalıyıq. Bunu etməkdən qorxmamalıyıq" - deyə, UEFA rəhbəri Portuqaliya paytaxtı Lissabonda keçirilən konfransda bildirib.

49 yaşlı UEFA prezidenti, FİFA ilə birgə çalışacaqlarını qeyd edib:

"Bütün klublara dəyər vermək siyasətini həyata keçiririk. UEFA təkcə elit təbəqədə olanları yox, futbolun hamısını qorumalıdır. Yaxın günlərdə bunun üçün gücümüz də olacaq".

Digər xəbərlər