Almaniya yığmasında 4 itki

Almaniya yığmasında 4 itki
Futbol
22 Mart 2017 - 01:52
Supersport.Az-ın məlumatına görə, bu gün Dortmundda Almaniya və İngiltərənin futbol yığmaları yoldaşlıq qarşılaşması keçirəcək.

Bu oyunda ev sahiblərinin baş məşqçisi Yoaxim Löv Manuel Noyer, Məsut Özil, Julian Draksler və Mario Qomesi meydana buraxmayacaq. Buna səbəb dörd futbolçunun zədəli olmasıdır.

Löv bildirib ki, futbolçuların hansı müddətə sıraya dönəcəkləri məlum deyil. Əgər futbolçuların durumu ciddi olsa, Azərbaycana qarşı oyunu da buraxmaq ehtimalları var.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Digər xəbərlər