İngiltərə çempionu ölümlə hədələndi

İngiltərə çempionu ölümlə hədələndi
Futbol
21 Mart 2017 - 23:37
Supersport.Az-ın məlumatına görə, "Lester Siti"nin futbolçusu ölümlə hədələnib.

Söhbət bu klubu İngiltərə çempionu edən italiyalı mütəxəssis Klaudio Ranyerinin istefaya göndərilməsində rolu olmaqda günahlandırılan Ceym Vardidən gedir.

Hədələrin qorxulu olduğunu deyən 30 yaşlı futbolçu bildirib:

"Çempionlar Liqasında "Sevilya" ilə oynadığımız ilk matçdan sonra bir toplantıya qatıldığım iddia edildi. Ancaq oyunun ardından 3 saat dopinq testi üçün gözlədim. İnsanlar da buna inandıqda mən və ailəm ölüm hədə-qorxusu aldı. Əgər həyat yoldaşınız avtomobil sürərkən yolu kəsilirsə və arxa oturacaqda uşaq varsa bu durum heç də yaxşı deyil".

Vardi, bir ay əvvəl Ranyerinin vəzifədən kənarlaşdırılmasında günahkar olmadığını sosial şəbəkələrdə açıqlamasıyla rədd etmişdi.

Qeyd edək ki, "Lester Siti" Ranyeri ilə yolları ayırmasının ardından keçirdiyi 4 oyunun hamısında qələbə qazanıb, Vardi isə 3 qol vurub.

Digər xəbərlər