Qurban Qurbanov: "Yalnız qol çatmadı"

Qurban Qurbanov: "Yalnız qol çatmadı"
Futbol
19 Mart 2017 - 23:43
Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə "Zirə"ylə qolsuz bərabərliklə kifayətlənən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov haqda fikirlərini açıqlayıb.

"Düşünürəm ki, maraqlı oyun alındı. Məncə, yalnız qol çatışmadı. “Zirə”yə uğurlar arzu edirəm, bizə qarşı layiqli mübarizə apardılar. Futbolçularımdan razı qalmışam. Bundan sonra futbolçularımız milliyə gedəcəklər, onlara uğurlar arzu edirəm" - deyə, təcrübəli mütəxəssis bildirib.

Digər xəbərlər