Akif Əliyev: "Hakimlər ədalətsiz qərarlar verdilər"

Akif Əliyev: "Hakimlər ədalətsiz qərarlar verdilər"
Digər, Güləş
19 Mart 2017 - 22:29
Supersport.Az xəbər verir ki, mərasimdə güləş həvəskarları, federasiyanın nümayəndələri və jurnalistlər idmançılarımızı çoşqu ilə qarşılayıblar.

Yığma komandanın baş məşqçisi Akif Əliyev komandamızın uğurlu çıxışı ilə bağlı danışarkən deyib: “Məqsədimiz bu yarışda uğurla iştirak edərək finalda qalib gəlmək idi. İdmançılarımız bu yarışla əlaqədar yüksək səviyyədə hazırlıq keçmişdilər. Çempion olmağa iddialı idik. 2014-cü ildə komandamız üçüncü, 2015-ci ildə isə çempion olmuşdu. İstəyirdik ki, iki il əvvəlki nəticəni təkrarlayaq. Finala vəsiqə qazandıq, lakin Rusiya millisi ilə görüşdə hakimlərin ədalətsiz qərarları nəticəsində ikinci yerlə kifayətlənməli olduq.

Digər xəbərlər