İlk gün 5 medal: Təmsilçimiz Avropa çempionunu məğlub etdi - Foto

İlk gün 5 medal: Təmsilçimiz Avropa çempionunu məğlub etdi - Foto
Digər, Taekvondo
12 Mart 2017 - 02:12
Supersport.Az-ın məlumatına görə, Niderlandda təşkil olunan taekvondo üzrə ənənəvi "Dutch Open" turnirinin ilk günü idmançılarımız üçün uğurlu olub. Təmsilçilərimiz 2 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar.

Qadınların mübarizəsində Fəridə Əzizova (-67 kq), kişilərin yarışında Ramin Əzizov ( -87 kq) birinci, Ayxan Tağızadə (68 kq) üçüncü olub. Fəridə bütün döyüşlərdə 12 xal fərqi ilə qalib gəlib, final döyüşündə son Avropa çempionu olan Britaniya təmsilçisini 37-9 hesabı ilə məğlub edib.

Gənclərdə Ayaz Qənbərli (-51 kq) gümüş, Cavad Ağayev (-63 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, G1 kateqoriyalı 44-cü yarışın qalibi reytinq xalına 10 xal əlavə edir.



Digər xəbərlər