Reynaldo cəzalandı, komandası yenə xalsız qaldı

Reynaldo cəzalandı, komandası yenə xalsız qaldı
Futbol
11 Mart 2017 - 23:13
Supersport.Az-ın məlumatına görə, Türkiyə çempionatının 24-cü turunda "Kardemir Karabükspor" "Adanaspor"u məğlub edib. Bu qarşılaşmada Reynaldo 68-ci dəqiqədə Digaonu əvəz edib və 16 dəqiqə sonra sarı vərəqəylə cəzalanıb.

Meydan sahibi komanda Tanasenin iki qoluyla (32'-61') superliqada ardıcıl 5-ci ev oyununda qələbə qazanıb.

"Karabükspor" xalını 33-ə çatdırmaqla 7-ci pilləyə yüksəlib, "Adanaspor" isə 17 xalla 17-ci pillədə qalıb.

Digər xəbərlər