"Beşiktaş"a xoş xəbər: "Olimpiakos"da istefa

"Beşiktaş"a xoş xəbər: "Olimpiakos"da istefa
Futbol
06 Mart 2017 - 21:22
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Beşiktaş"ın qarşılaşacağı "Olimpiakos"da şok qərar verilib.

Yunanıstan çempionatının liderinin rəhbərliyi portuqaliyalı baş məşqçi Paul Bentonu istefaya göndərib.

"Olimpiakos" ölkədaxili yarışda 20 turda 1 dəfə məğlub olaraq 51 xalla birinci pillədə qərarlaşıb. Lakin komanda son vaxtlar uğursuzluğa düçar olub.

AEK səfərində 1-0, öz meydanında "Panionios"a 0-1 məğlub olan "Olimpiakos", son dəfə PAOK səfərində 2 qol buraxaraq meydandan xalsız ayrılıb. Lider 20 turda 43 qolla çempionatın ən məhsuldar komandası olsa da, son üç matçda qol vurmadan uduzub.

Mövsümün əvvəlində tanınmış futbolçulardan Marko Marin, Oskar Kardozo, Bruno Vyana, Dioqo Figueyras, Felipe Pardo ve Tarık Elyounoussini transfer edərək güclü heyət quran "Olimpiakos", Çempionlar Liqasında "Hapoel Şeva"yla qarşılaşmada mübarizəni dayandırıb. Fasilədə yunan klubu, iki aparıcı futbolçusunu satıb. "Olimpiakos", Braun İdeyeni Çinə, Luka Milivoyeviçi "Kristal Palas"a göndərib. Nigeriyalı hücumçu İdeye yunan klubunda 30 matçda 15 qol vurmuşdu. Yarımmüdafiəçi Luka 26 oyunda 6 dəfə fərqlənmişdi.

"Beşiktaş"la qarşılaşma ərəfəsində "Olimpiakos"da 3 itki var.

Qolkiper Stefanos Kapino zədə, müdafiəçi Bruno Vyana cəzalı və kapitan Alexandro Dominges, Avropa yarışının iştirak siyahısında yer almadığı üçün oyunu buraxacaq.

Digər xəbərlər