Taekvondo üzrə məşqçi-müəllimlər və hakimlər üçün seminar

Taekvondo üzrə məşqçi-müəllimlər və hakimlər üçün seminar
Digər, Taekvondo
22 Fevral 2017 - 14:13
27-31 martda ATF-in idman zalında məşqçi-müəllimlər və hakimlər üçün seminarlar keçiriləcək. Supersport.Az saytı xəbər verir ki, toplantının təşkil olunmasında əsas məqsəd, Dünya Taekvondo Federasiyası tərəfindən tətbiq edilmiş yeni qaydalarla iştirakçıları tanış etməkdir.

Məşqçilər üçün seminar saatları 09:00-dan 12:00-dək, hakimlərin seminar vaxtları 14:00-dan 17:00-dək olacaq. Hər 2 yığıncağı ATF-nin texniki direktoru Oh Kvanq Çeol (Orxan) tərəfindən keçiriləcək və seminar iştirakçılarına xüsusi sertifikatlar təqdim ediləcək.

Qeyd edək ki, federasiyanın bütün məşqçi-müəllimlərinin seminarlarda iştirakı mütləqdir. Əks halda, seminarda iştirak etməyən məşqçilərin fəaliyyəti federasiya tərəfindən ləğv olunacaq.

 

Digər xəbərlər