Sərbəst və yunan-Roma güləşi üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib

Sərbəst və yunan-Roma güləşi üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
Digər, Güləş
16 Fevral 2017 - 12:37
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakı birinciliyi keçirilib.

Supersport.Az xəbər verir ki, yarışda 16 klubu təmsil edən 2000-2001-ci il təvəllüdlü 214 sərbəst güləşçi 10 çəki dərəcəsində mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Kənan Məmmədzadə (42 kq), Elmir Cəlilov (46 kq), Bəhmən Piriyev (50 kq), Məhəmməd Əhmədov (54 kq), Çingiz Eyvazov (58 kq), Sahib Dadaşov (63 kq), Nəsib İsayev (69 kq), Xəzri Bağırlı (76 kq), Fərid İsrafilov (85 kq) və Ayat İsmayılov (100 kq) qızıl medal qazanıblar. Komanda hesabında “Azəri” klubu birinci olub.

Yunan-Roma güləşi üzrə yarışlarında 16 klubu təmsil edən 224 idmançı 10 çəki dərəcəsində xalça üzərinə çıxıb.

Birincilikdə Qurban Qurbanov (42 kq), Nihat Məmmədli (46 kq), Elmir Əliyev (50 kq), Fərid Qafarov (54 kq), Xasay Həsənli (58 kq), Allahverdi Əliyev (63 kq), Murad Əliyev (69 kq), Fikrət Vəliyev (76 kq), Məmmədhüseyn Ağazadə (85 kq) və Fərəməz Şirəliyev (100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Komanda hesabında ROİL birinci pillədə qərarlaşıb.

Sərbəst güləş üzrə yarışlarda ilk üç, yunan-Roma güləşi yarışlarında isə ilk beş yeri tutan idmançılar respublika birinciliyinə vəsiqə əldə ediblər.

Digər xəbərlər