AFFA “Qəbələ” və AZAL-ı cərimələdi

AFFA “Qəbələ” və AZAL-ı cərimələdi
Futbol
10 Fevral 2017 - 12:36
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Supersport.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, iclasda Topaz Premyer Liqanın 1 oyunu ilə bağlı məsələyə baxılıb. XVII turunun “Qəbələ” – AZAL matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığrı üçün klublar 800 manat cərimə olunub.

Oyunun 78-ci dəqiqəsində  AZAL-ın futbolçusu Alamadine Omega Robent  ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığından 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.

Digər xəbərlər