Taekvondoçularımız komanda hesabında birinci oldular

Taekvondoçularımız komanda hesabında birinci oldular
Digər, Taekvondo
09 Fevral 2017 - 19:56
Türkiyənin Antalya şəhərində Klublararası Avropa Çempionatına yekun vurulub.

Supersport.Az xəbər verir ki, Türkiyə Taekvondo Federasiyası (TTF) və Avropa Taekvondo Birliyi (ATB) tərəfindən təşkil edilən və sayca 5-ci olan G1 kateqoriyalı yarışın son günündə, klublarımızın taekvondoçuları daha 6 medal qazanıb.

40 ölkədən 900-dən çox idmançının qatıldığı çempionatda, son Yay Olimpiya Oyunlarının bürünc mükafatçıları Milad Beigi Hərçəqani (-80 kq, Gilan İ.K.) və Patimat Abakarova (-53 kq, Gilan İ.K.) yarışın qalibi olub.


Radik İsayev (+87 kq, Gilan İ.K.) və Ramin Əzizov (-87 kq, Gilan İ.K.) isə həlledici döyüşdə məğlub olub. Daha üç idmançımız, Yaprak Eriş (-57 kq, Gilan İ.K.), Fəridə Əzizova (-67 kq, Gilan İ.K.) və Ceyhun Həsənli (+87 kq, Savalan T.K.) isə yarışı yarımfinal mərhələsində başa vurub.

Beləliklə, 4 gün davam edən Klublararası Avropa Çempionatında, Respublikamızda fəaliyyət göstərən taekvondo klublarının yetirmələri ümumulikdə 31 medalla uğurlu nəticəyə imza atıblar. Gilan İ.K. kişilər arasında ilk pilləyə, qadınlar arasında ikinci pilləyə, ümumi komanda hesabında da ilk pilləyə sahib olub.

11-fevral tarixində G2 kateqoriyalı “Turkish Open” beynəlxalq turnirinin startı veriləcək. Milli komandalarımızın üzvləri bu yarışda da qüvvələrini sınayacaq.

Digər xəbərlər