Azərbaycan yığmasının üzvüylə evlənən ərəb şeyxi Bakıya gəlir

Azərbaycan yığmasının üzvüylə evlənən ərəb şeyxi Bakıya gəlir
Maqazin, Digər
09 Fevral 2017 - 00:02


Bu il Azərbaycanda keçiriləcək “Bakı 2017 İslam Həmrəyliyi Oyunları”nın xarici ölkələr üzrə səfirlərindən daha biri bəlli olub. Supersport.Az xəbər verir ki, şeyx Səid Əl Məktum 4-cü İslam Həmrəylik Oyunlarının fəxri səfiri seçilib.

 

Bu barədə şeyxin azərbaycanlı xanımı, tanınmış bədii gimnast, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı öz feysbuk hesabında yazıb. O, qeyd edib ki, şeyx bu proqrama töhvə verəcəyi üçün xoşbəxtdi və sözügedən tədbirlərin gənclərin gələcək fəaliyyətində vacib mərhələ olacağına inanır.

 

Zeynəb Cavadlı Səid Əl-Məktumun sayca üçüncü həyat yoldaşıdı. Onun ilk arvadı şeyxə Suhailadı. Şeyx ikinci arvadı, əslən azərbaycanlı olan Əliyeva Natalya Müslüm qızı ilə Minskdə keçirilən yarışlar zamanı restoranlardan birində tanış olub.

 

Bir zamanlar ofisiant kimi çalışan Natalya şeyxlə evlilikdən sonra adın dəyişərək Ayşə edib və İslam dinini qəbul edib. Səidin üçüncü arvadı isə Zeynəbdi. Şeyxin bu üç evlilikdən 9 övladı var. Hazırda Səid Əl Məktumun bütün arvadlarının ailələri onlarla birlikdə Dubayda ayrı-ayrı imarətlərdə yaşayır.

Digər xəbərlər