"Rəşad Sadıqov 4-5 ay sonra meydana çıxsa, istədiyi kimi oynayar"

"Rəşad Sadıqov 4-5 ay sonra meydana çıxsa, istədiyi kimi oynayar"
Futbol
08 Fevral 2017 - 20:11
Supersport.Az-ın məlumatına görə, "Zirə"ni məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.

Təcrübəli mütəxəssis, "Rəşad artıq fərdi məşqlərə başlayıb. Rəşad "Kəpəz"ə qarşı oynayacaq, yoxsa "Qəbələ"ylə oyuna saxlayacaqsınız" sualını cavablandırıb.

"Rəşadın 15 illik futbol təcrübəsi var. Ona lider adını jurnalistlər, azarkeşlər verib. Onda bu keyfiyyətlər var deyə bu adı ona vermisiniz. O hazır olub 4-5 ay sonra meydana çıxsa, istədiyi kimi də oynayacaq".

Q.Qurbanov, "Qəbələ" - "Qarabağ" oyununun həlledici matç olmayacağını düşünür:

"Mən belə düşünmürəm. Hər oyun xal itirmək ehtimalımız var. Komandalar artıq düzgün futbol oynayırlar. "Qəbələ"ylə oyunda qələbə və ya məğlubiyyət işin həll olması anlamına gəlməyəcək. Fikrimcə, mübarizə son tura kimi davam edəcək".

Digər xəbərlər