“Telekom”un baş məşqçisi: “Qələbə sayına görə biz çempionuq”

“Telekom”un baş məşqçisi: “Qələbə sayına görə biz çempionuq”
Digər, Eksklüziv, Voleybol
03 Fevral 2017 - 20:24
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyunlar keçirilib. Supersport.Az-ın məlumatına görə, günün mərkəzi matçı “Azərreyl”lə “Telekom” arasında olub. Gərgin keçən qarşılaşma "Telekom"un 3-2 hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra saytımıza açıqlama verən "Telekom"un baş məşqçisi Zoran Qayiç bunları deyib: "Çox gözəl və maraqlı oyun alındı. Bizim "Azərrreyl" ilə hər oyunumuz belə maraqlı alınır. Komandam əzmkar oyun nümayiş etdirdi. Oyunçularımdan razı qaldım. Layiqli qələbə qazandıq. Oyunlarımızı hesablasaq qələbə sayına görə biz çempionuq. Amma bu barədə son qərarı federasiya verəcək. Qarşıdan Çempionlar Liqasının oyunu var. Çalışacağıq ki, bu oyunda qələbə qazanaq".

Digər xəbərlər