Azərbaycan çempionatının startı və yarışa qatılacaq klubların sayı açıqlandı

Azərbaycan çempionatının startı və yarışa qatılacaq klubların sayı açıqlandı
Digər, Həndbol
02 Fevral 2017 - 14:09
Qadın və kişi həndbolçular arasında Azərbaycan çempionatının başlama tarixi açıqlanıb. Həndbol Federasiyasından Supersport.Az saytına verilən məlumata görə, yarış fevralın 17-də start götürəcək.

 

Bu barədə qərar qurumun bu gün keçirilən iclasında verilib. Bildirilib ki, çempionatda 4 klub kişilərin, eyni sayda da komanda qadınların mübarizəsində qüvvəsini sınayacaq.

 

“ABU-Arena”da baş tutacaq birincilikdə “Azəryol”, “Nur”, “Gənclərbirliyi” və “Qarabağ” qadınların yarışında çempionu müəyyənləşdirəcək. Kişi həndbolçuların turnirində isə “Təhsil”, “Məhsul”, RİOEUGİM-in 2 və 12 saylı məktəbləri güclərini yoxlayacaqlar.

Digər xəbərlər