Tokio Olimpiadası üçün 8 ton metal toplanacaq

Tokio Olimpiadası üçün 8 ton metal toplanacaq
Olimpiya, Digər
01 Fevral 2017 - 19:35
tokio2020Supersport.Az-ın məlumatına görə, 2020-ci il Tokio Olimpiadasının medalları keçmiş və ya istifadə olunmayan elektron cihazlarından əldə olunan metallardan hazırlanacaq.

Bu haqda Təşkilat Komitəsi xəbər verib.

Komitə, Yaponiya xalqını başda mobil telefon olmaqla köhnə və ya istifadə etmədikləri elektron cihazları verməyə çağırıb.

Kampaniya zamanı 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarında istifadə olunacaq 5 min medal üçün 8 ton metal (40 kiloqram qızıl, 4,92 ton gümüş, 2,944 ton bürünc) toplanması gözlənilir.

Aprel ayında, Yaponiyanın dörd bir tərəfində qoyulacaq qutuları, 8 ton hədəfinə çatdıqdan sonra götürüləcək.

Digər xəbərlər