Yekaterinburqda Heydər Məmmədəliyevlə bağlı turnir – Fotosessiya

Yekaterinburqda Heydər Məmmədəliyevlə bağlı turnir – Fotosessiya
Digər, Güləş, Foto
30 Yanvar 2017 - 15:11
Yekaterinburqda yunan-roma güləşi üzrə 9-cu Ümumrusiya turniri keçirilib.

Supersport.Az xəbər verir ki, dünya çempionu, Afina olimpiadasının gümüş mükafatçısı Heydər Məmmədəliyevə həsr olunmuş ənənəvi turnirdə 200-dən çox idmançı iştirak edib.

Yarışlın açılış günü Sverdlovsk vilayətinin idman və mədəniyyət siyasəti naziri Leonid Rapoport, Ümümrusiya Azərbaycanlıları Konqresinin yerli şöbəsinin sədri Şahin Şıxlinski, Azərbaycanını Yekaterinburqdakı konsulu əvəzi İlqar İsgəndərov, yerli Dumanını üzvləri, ictimai fəallar çıxış edərək idmançılara uğurlar arzulayıblar.

Şahin Şıxlinski çıxışında Heydər Məmmədəliyevi vilayətin fəxri adlandıraraq, gələn il keçiriləcək yubiley turnirinə bir sıra ölkələrdən də idmançılar dəvət edəcəklərini bildirib. İki gün davama edən turnirdə qaliblər qiymətli hədiyyələr mükafatlandırılıblar.

xatir1xatir2

 

 

 

 

 

 

Digər xəbərlər