Taekvondoçularımızın qızğın hazırlığı - Foto-Video

Taekvondoçularımızın qızğın hazırlığı - Foto-Video
İslamiada-2017, Digər, Eksklüziv, Taekvondo, Video, Foto
29 Yanvar 2017 - 00:37
Olimpiya çempionu Radik İsayev məşqdə

Supersport.Az mötəbər yarışlara hazırlaşan taekvondo üzrə yığma komandalarımızın məşqindən videogörüntü hazırlayıb. Hazırlıq prosesini baş məşqçi Rza Mehmandost, böyük məşqçi Rəşad Əhmədov, qadınların baş məşqçisi Elnur Amanov keçir.

Məşqlərdə olimpiya çempionu Radik İsayev, qadınlardan olimpiadanın bürünc mükafatçısı Patimat Abakarova, Fəridə Əzizova və başqa idmançılar iştirak edirlər. İdmançıların yüksək əhval-ruhiyyədə olması, həvəslə çalışması diqqətimizi çəkdi.

Taekvondoçular əvvəlcə Türkiyədə açıq turnirdə, ardından klublararası Avropa çempionatı, həmçinin Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarında mübarizə aparacaqlar. İdmançılar mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil etmək üçün əllərindən gələni edəcəklərini bildirdilər.

0112043


Süleyman

 

 

 

Digər xəbərlər