Reynaldodan vida mesajı: "Hər zaman ürəyimdə olacaqsız"

Reynaldodan vida mesajı: "Hər zaman ürəyimdə olacaqsız"
Futbol
26 Yanvar 2017 - 20:19
"Qarabağ"dan Türkiyənin "Adanaspor" klubuna transfer olunan Reynaldo "instagram" hesabında paylaşım edib.

Supersport.Az xəbər verir ki, braziliyalı futbolçu Azərbaycan dilində "Qarabağ"la, klubun azarkeşləri ilə və Azərbaycan xalqı ilə vidalaşıb.

O, bir gün Azərbaycana qayıdacağını qeyd edib:

"Burdan bütün Azərbaycan xalqını salamlayıram. Orada olduğum müddətdə mənə hər zaman dəstək olan klub rəhbərlərinə, məsqçi heyətinə, komanda yoldaşlarıma, klubda calışan hər bir kəsə və bütün "Qarabağ" azarkeşlərinə minnətdarlığımı bildirmək istəyirəm. Bu neçə ildə mənə doğmalaşan bir ölkədən ayrılmaq doğurdan da çətindir. Buna baxmayaraq, çox yaxşı təəssüratlarla ayrılıram. Sizi çox sevirəm, hər zaman ürəyimdə olacaqsız!!! Allahın köməyi ilə bir gün yenə də Azərbaycana qayıdacam!!!"

Digər xəbərlər