Bakıda bədii gimnastika üzrə beynəlxalq hakimlik kurslarında 17 ölkə təmsil olunur

Bakıda bədii gimnastika üzrə beynəlxalq hakimlik kurslarında 17 ölkə təmsil olunur
Digər, Gimnastika
26 Yanvar 2017 - 15:32
Yanvarın 26-da Bakıda bədii gimnastika üzrə beynəlxalq hakimlik kursları başlayıb. Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təşkil olunan kurslar yanvarın 30-dək davam edəcək.

Azərbaycan Gimnastika Federasiyasından (AGF) Supersport.Az-a bildiriblər ki, kursların açılışında FIG-in nümayəndəsi Yunis Lebre iştirakçılara təşkilat komitəsinin üzvlərini təqdim edib. Yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirən Y.Lebre hakimlərə uğurlar arzulayıb.

AGF-in baş katibi Fərid Qayıbov ötən həftə Bakıda Beynəlxalq Gimnastika Federasiyasının qitələrarası hakimlik kursunun keçirildiyini xatırladıb. Bədii gimnastika üzrə beynəlxalq hakimlik kurslarının Azərbaycanda ilk dəfə təşkil edildiyini vurğulayan F.Qayıbov iştirakçılara uğurlar arzulayıb. O, kursların uğurla keçəcəyinə ümidvar olduğunu bildirib.

Kurslarda 17 ölkənin milli federasiyasından 58 hakim iştirak edir. Tədbirdə Azərbaycanı 20 hakim təmsil edir.

Digər xəbərlər