"Milan" "Everton"un futbolçusunu heyətinə qatıb

"Milan" "Everton"un futbolçusunu heyətinə qatıb
Futbol
23 Yanvar 2017 - 21:37
"Milan" heyətinə yeni futbolçu cəlb edib.

Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İtaliya təmsilçisi "Everton"un yarımmüdafiəçisi Jerar Deulofeunu icarəyə götürüb. O, bu mövsümün sonuna kimi icarə əsasında "Milan"da çıxış edəcək.

Qeyd edək ki, "Milan" mövsüm başa çatdıqdan sonra 18 milyon avro ödəyib J.Deulofeunu birdəfəlik ala biləcək.

Digər xəbərlər