"DÇ-2018"in final püşkatmasının tarixi və yeri məlum oldu

"DÇ-2018"in final püşkatmasının tarixi və yeri məlum oldu
Futbol
23 Yanvar 2017 - 20:20
FİFA Rusiyanın dünya çempionatının final püşkatmasını 2017-ci ilin dekabr ayında Kremldə keçirilməsinə dair təklifini qəbul edib.

Supersport.Az  xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedevin keçirdiyi iclasda baş nazirin müavini Vitali Mutko bildirib.

“Dekabrın 1-də futbol üzrə dünya çempionatının final püşkatma mərasimi keçiriləcək, biz onun Kremldə keçirilməsini təklif etdik, FİFA razılaşdı, hazırda final püşkatma üçün hazırlıqlar görürük”, - Mutko deyib.

Digər xəbərlər